Əgər Avropa Komissiyası neft məsələsində Ukraynanı dəstəkləyirsə, Slovakiyanın Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləməsini gözləyə bilməz.
Azreform.info xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Facebook-da videomüraciətində bildirib.
"Əgər Avropa Komissiyası Slovakiyadan daha çox Ukraynaya üstünlük verəcəksə, Rusiyaya qarşı 20-ci sanksiya paketini dəstəkləməyi unuda bilər ", - hökumət başçısı bildirib.
O əlavə edib ki, bu halda Budapeşt lazımi tələbləri yerinə yetirmədən Ukraynanın Aİ- yə sürətli qoşulmasını təmin etməyəcək.
Fitsonun sözlərinə görə, Drujba boru kəməri ilə neftin nəqlinin bərpası bütün Mərkəzi Avropa üçün vacibdir. Əgər boru kəməri işlək olsaydı, yüksək yanacaq qiymətləri problem yaratmazdı.
Elvin
Azreform.info