AZ

44 il əvvəl Bakıya yağış yağanda nə baş vermişdi? VİDEO

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, martın 27-dən etibarən Bakı və Abşeron yarımadasında müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu vəziyyət fonunda sosial şəbəkələrdə 44 il əvvəl paytaxtda yağan güclü yağışla bağlı “Mozalan” kinojurnalının maraqlı sujeti yenidən gündəmə gətirilib.

Videoda həmin dövrdə Bakıda yağan yağışın yaratdığı problemlər əks olunub. Sujetdə küçələrin su altında qalması, nəqliyyatın hərəkətində yaranan çətinliklər və ümumi infrastruktur problemləri təsvir edilir.

Xüsusilə diqqət çəkən məqam isə o illərdə kanalizasiya sisteminin zəif fəaliyyəti və bunun yağış sularının vaxtında axıdılmasına mane olmasıdır. Bu isə nəticədə şəhərdə oxşar problemlərin yaranmasına səbəb olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
globalinfo.az

1Mənbələr