AZ

Qazaxda yük və minik avtomobilləri toqquşub, bir nəfər ölüb

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisindən qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1971-ci il təvəllüdlü M. İbrahimxəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
3
far.az

9Mənbələr