Amerikalı model və bloger MakKinzi Valdes "OnlyFans" platformasındakı fəaliyyətini dayandırdığını və xristianlığı qəbul etdiyini bəyan edib.
Publika.az "Where is The Buzz" (WITB) nəşrinə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylaşdığı videoda məlumat verib.
Valdesin sözlərinə görə, bu qərar onun mənəvi təcrübəsi ilə bağlıdır və bundan sonra o, həyatını İsaya həsr edəcək.
Model sosial şəbəkələrdən uzaqlaşmağı planlaşdırmadığını, lakin öz auditoriyasından daha müsbət məqsədlər üçün istifadə etmək istədiyini qeyd edib.
Bloger bildirib ki, hələ 16 yaşına çatmamış bir milyondan çox izləyicisi olub, "OnlyFans" hesabını isə auditoriyasının bir hissəsinin gözləntiləri səbəbindən yetkinlik yaşına çatan kimi açıb. İndi o, istifadəçilərin bu cür reaksiyasını "qəribə" hesab edir və digər gənc qızların da bənzər təzyiqlərlə üzləşdiyini vurğulayır.