AZ

Əbu-Dabidə şok zərbə – İran alüminium nəhəngini vurdu

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçib, artıq strateji sənaye obyektləri də hücumların hədəfinə çevrilir.

Hadisə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən iri sənaye zonasını əhatə edib.

Musavat.com xəbər verir ki, Emirates Global Aluminium şirkətinə məxsus “Al Taweelah” zavodu İranın hücumu nəticəsində ciddi ziyan görüb.

Şirkətin açıqlamasına görə, zərbə nəticəsində istehsal sahəsində dağıntılar baş verib, eyni zamanda bir neçə əməkdaş yaralanıb. Onların vəziyyətinin stabil olduğu bildirilir.

Məlumata əsasən, hadisə ölkənin ən mühüm sənaye və ixrac mərkəzlərindən birində baş verib və hazırda ziyanın miqyası qiymətləndirilir.

Beynəlxalq mənbələr qeyd edir ki, bu hücum regionda yeni təhlükəli tendensiyanın göstəricisidir – artıq yalnız hərbi obyektlər deyil, iqtisadi və strateji infrastruktur da birbaşa hədəfə alınır.

Musavat.com

Seçilən
51
50
musavat.com

10Mənbələr