Aramsız yağıntılar sürüşmə zonalarında təhlükəni artırır.
Xezerxeber.az xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusən Bakıdakı ənənəvi sürüşmə sahələrində, eləcə də meylli və geoloji baxımdan dayanıqlığını itirmiş ərazilərdə aktivlik gözləniləndir.
Coğrafiya İnstutunun şöbə müdiri Ənvər Əliyev hesab edir ki, risk təkcə paytaxtla məhdudlaşmır. Bəzi bölgələrdə də aktivliyin olması qaçılmazdır.
Mütəxəssislər bildirirlər ki, təhlükəni artıran əsas amillərdən biri suyun torpağın alt qatlarına qədər işləməsidir. Xüsusən vaxtilə meşə örtüyü olmuş sahələrdə, üst qatdan keçən su altdakı gilli təbəqəyə çatanda sürüşmə üçün daha əlverişli mühit yaranır. Bu baxımdan 20-25 dərəcədən artıq meylli yamaclar daha riskli sayılır. Şamaxıdan Ağsu dolaylarınadək, oradan da Balakən istiqamətinə qədər uzanan zolaqda həm təbii amillər, həm də insan müdaxiləsi nəticəsində dayanıqlığı zəifləyən sahələr var.
Şöbə müdiri təklif edir ki, riskli sahələrdə nəzarətin gücləndirilməsini, eyni zamanda su ehtiyatlarının idarə olunması ilə bağlı qabaqlayıcı addımların sürətləndirilməsi vacibdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.