Sel suları həyətlərə, evlərə, qəbiristanlıqlara dolub...
Xezerxeber.az xəbər verir ki, güclü yağış Şimal bölgəsində də fəsadlara yol açıb. Bu kadrlar Quba rayonundandır. Rayonun Amsarqışlaq və Alekseyevka kəndlərində fərdi yaşayış evlərinə sel suları dolub.
Güclü yagışlar səbəbi ilə Xaçmaz rayonunun Hacıəlibəy kəndində qəbiristanlığa sular dolub. Məlumata görə, güclü yağışlardan sonra kanalizasiya xəttləri dolub və daşıb. Nəticədə yaxınlıqdakı ərazilər, eləcə də qəbiristanlıq su ilə dolub. əraziyə texnikalar cəlb olunub. problemin aradan qaldırılması üçün işlərə başlanıb.
İntensiv yağıntılar nəticəsində Şabran rayonu ərazisindən keçən Dəvəçi çayında sel təhlükəsi yaranıb. güclü yağışlar çay boyu yerləşən bir neçə yaşayış məntəqəsində və kəndlərdə ciddi fəsadlara yol açıb. Sel sularının səviyyəsinin kəskin artması nəticəsində Şabranın rayonunun mərkəzində bəzi fərdi yaşayış evlərini su basıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.