AZ

Yazıçı “Onur Belgesi” ilə təltif olunub

Yazar Etibar Həsənzadə Türk dünyasına göstərdiyi xidmətlərə görə “Onur Belgesi” ilə mükafatlandırılıb.

QHT.az xəbər verir ki, mükafat Turan Birleşik Devletler Teşkilatı tərəfindən təqdim olunub. Təltifetmə qərarı təşkilatın Genel Başkanı İsmail Ateş və idarə heyəti tərəfindən verilib.

Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat yayıb. O, fəaliyyətinin dəyərləndirilməsinə görə təşkilat rəhbərliyinə və bu prosesdə əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib.

Müəllif paylaşımında həmçinin İsmail Ateşə və təşkilat üzvlərinə xoş arzularını çatdıraraq, onlara uzun ömür və uğurlar arzulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
53
qht.az

1Mənbələr