AZ

Əraqçi Azərbaycana təşəkkür etdi

İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi “X” hesabında Azərbaycan dilində paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, o, paylaşımında göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, humanitar yardımlara və digər ölkələrdən gələn köməklərin çatdırılması üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edir.

Diplomat bu dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb. “Çətin anlarda nümayiş etdirilən bu dəstək İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə əsaslanır”, – deyə İran XİN rəhbəri paylaşımında bildirib.

Sara, 

NOCOMMENT.az

Seçilən
48
29
nocomment.az

10Mənbələr