AZ

Trampdan ŞOK ETİRAF: İran aviadaşıyıcımıza 101 raket atdı

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İranın Amerika hərbi gəmisinə qarşı həyata keçirdiyi genişmiqyaslı hücumun təfərrüatlarını açıqlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Mayamidə keçirilən investisiya forumundakı çıxışı zamanı sensasion bəyanatla çıxış edib.

Tramp qeyd edib ki, hücum zamanı ABŞ-nin strateji hərbi obyekti hədəf alınıb:

"Dünyanın ən böyük aviadaşıyıcısına, bizim sudakı çox dəyərli obyektimizə 101 raket atıldı. İran bizə eyni anda 17 fərqli istiqamətdən hücum etdi. Biz canımızı qurtarmaq üçün qaçdıq".

Amerika lideri söhbətin konkret hansı gəmidən getdiyini və əməliyyatın dəqiq tarixini açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
33
hurriyyet.az

10Mənbələr