AZ

Ukrayna bu ölkə ilə 10 illik saziş imzaladı Zelenski açıqladı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna ilə Qətər arasında müdafiə sahəsində uzunmüddətli əməkdaşlıq razılaşması əldə olunub.

Globalinfo.az bildirir ki, Volodimir Zelenskinin verdiyi məlumata görə, keçirilən görüşün yekununda hər iki ölkənin baş qərargah rəisləri 10 illik əməkdaşlığı nəzərdə tutan saziş imzalayıblar.

Saziş çərçivəsində müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Sənəd həmçinin iki ölkənin şirkətləri arasında texnoloji tərəfdaşlığın inkişafını və birgə istehsal müəssisələrinin yaradılmasını da əhatə edir.

Qeyd edək ki, bu razılaşma Ukraynanın müdafiə potensialını gücləndirmək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
globalinfo.az

1Mənbələr