ain.az, Mia.az saytına istinadən bildirir.
İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə etiraf edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, danışıqlara baxmayaraq, ABŞ-a etibar etmədiklərini xüsusi vurğulayıb.
Pezeşkian bildirib ki, ABŞ danışıqlara və Trampın verdiyi vədə baxmayaraq, İranın enerji infrastrukturunu bombalayyıb: "Danışıqlar zamanı iki dəfə hücuma məruz qaldıq. İndi də ABŞ-ın vədlərinə baxmayaraq, enerji infrastrukturunun hədəfə alınmasının şahidi oluruq".
İran prezidenti İsraili nəzərədə tutaraq qeyd edib ki, sionist rejim müharibənin sərhədini region ölkələrinə genişləndirməyə çalışır: "Region ölkələri bu məsələdə diqqətli olmalıdırlar. Əgər region ölkələri təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin torpaqlarından bizə qarşı istifadəsinə icazə verməsin..."
Tahir Şəlvəli
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.