AZ

Bu yolda avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Ajans.az xəbər verir ki, Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra qaya daşlarının uçması nəticəsində Xınalıq kəndinə gedən yol bağlamışdı. Belə ki, qaya parçaları yolun 30-32-ci kilometrliyinə tökülüb və 800 metr məsafədə asfalt örtüyü dağılıb. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sahə rəisi Bilal Sultanov bildirib ki, Xınalıq-Quba istiqamətində gediş-gəliş təmin edilib. Onun sözlərinə görə, qaya daşlarının yoldan tam təmizlənməsi bir neçə gün vaxt aparacaq.(report)

Seçilən
5
5
Ajans.az

6Mənbələr