AFFA-nın bayrağı altında təşkil edilən U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında keçiriləcək yarışları əhatə edir.
Qeyd edək ki, bundan öncə U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının görüşləri də təxirə salınıb.