AZ

“Biz orada bir iki il qalmaqda maraqlı deyilik”

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonun İrandakı hərbi əməliyyatlar zamanı qarşıya qoyulan əsas məqsədlərin böyük hissəsinə nail olduğunu bəyan edib.

“Qafqazinfo” “The Times of Israel”ə istinadla xəbər verir ki, vitse-prezident ordunun strateji vəzifələri uğurla icra etdiyini bildirib.

Onun sözlərinə görə, Prezident Donald Tramp bənzər hadisələrin yenidən təkrarlanma riskini minimuma endirmək məqsədilə əməliyyatların bir müddət də davam etdirilməsinə qərar verib:

“Əməliyyatların başlıca hədəfi İranın hərbi potensialını uzunmüddətli dövr üçün neytrallaşdırmaqdır. Biz orada bir və ya iki il qalmaqda maraqlı deyilik. Tapşırığı tam yerinə yetirdikdən sonra ərazini tərk edəcəyik. Bu isə öz növbəsində dünya bazarında neftin qiymətinin yenidən aşağı düşməsinə səbəb olacaq”.

Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar fonunda ölkənin bir sıra strateji şəhərləri zərbələrə məruz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
qafqazinfo.az

3Mənbələr