AZ

Çinin robot-itləri "canavar sürüsü"nə çevrildi: ortaq beyinlə idarə olunurlar - VİDEO

Çinin hərbi mütəxəssisləri robot-itləri ortaq “beyin”ə malik, xüsusi rollar üzrə fəaliyyət göstərən avtonom “canavar sürüləri”nə çevirməyi bacarıblar.

Ölkə.Az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti yazır.

Məlumata görə, Çin hərbçilərinin istifadə etdiyi robot-itlər şəhər döyüşü şəraitində mürəkkəb tapşırıqları koordinasiya etmək üçün vahid idarəetmə sistemi ilə işləyən “intellektual sürülər”ə transformasiya olunub.

560978

Qeyd olunur ki, Çinin pilotsuz silahlar sahəsində ən son yenilikləri “Pilotsuz qarşıdurma” adlı sənədli filmdə nümayiş etdirilib.

Simulyasiya olunmuş şəhər əməliyyatı zamanı “canavar sürüsü” vahid sensor şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bu sistem kollektiv “beyin” kimi işləyərək robotların bir-biri ilə əlaqəli şəkildə qərar qəbul etməsinə və qarşılıqlı fəaliyyətinə imkan yaradır. Eyni zamanda robotlar havadakı dronlarla da əlaqə saxlayaraq “hava-yer” tipli koordinasiyalı əməliyyatlar həyata keçirir.

560977

Bildirilir ki, robotların üç əsas funksiyası var: kəşfiyyat, hədəflərin məhv edilməsi və logistik dəstək. Zərbə funksiyası müxtəlif silahlarla — o cümlədən qumbaraatanlar və “Type 191” avtomatları ilə təchiz oluna bilər. Bununla belə, canlı hədəflərə qarşı istifadə zamanı hələ də insan təsdiqi tələb olunur.

Seçilən
20
2
olke.az

3Mənbələr