Bakı. Trend:
Martın 27-si səhər saatlarından etibarən Baki Şəhər İcraHakimiyyəti (BŞİH), paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərindigər təsərrüfat strukturları gücləndirilmiş iş rejimindəçalışır.
Trend-inməlumatına görə, bəzi ərazilərdə ikinci gündür aramsız yağan yağışnəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasındaproblemlər yaranıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətibaşçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxışkeçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçünaidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinqqrupları tərəfindən problemli ərazilər müəyyən edilir və AzərbaycanDövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.
Hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarınınaradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərgörülür.