AZ

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Quba, 28 mart, AZƏRTAC

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 27-28-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Xınalıq kəndinə gedən yolu bağlamışdı.

Belə ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi 30-32-ci kilometrliklərdə yolun hərəkət hissəsinə tökülüb, təxminən 800 metr məsafədə asfalt örtüyü dağılıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.

Sahə rəisi Bilal Sultanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Əsas çətinlik yolun 3 kilometrlik hissəsində müşahidə olunur.

Yağış və sel axını davam etdiyindən qaya parçalarının yola yuvarlanma riski qalır. Sürücülərə bu istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları, mümkün olduqda alternativ marşrutlara üstünlük vermələri tövsiyə edilir.

Müxbir - Elxan Yusifli

Seçilən
21
5
azertag.az

6Mənbələr