AZ

Ermənistan və İran XİN rəhbərləri vəziyyəti müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Yaxın Şərqdəki son hadisələr və potensial həll yolları barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, humanitar məsələlər və çoxtərəfli gündəmdəki mövzular da müzakirə edilib.

Qeyd edilib ki, XİN rəhbərlərinin sonuncu telefon danışığı martın 2-də baş tutub.

AzPost.az

Seçilən
32
3
azpost.info

10Mənbələr