AZ

İkardinin "Qalatasaray" macərası sona çatır

Argentinalı ulduz hücumçu Mauro İkardinin mövsümün sonunda "Qalatasaray" klubu ilə yollarını ayıracağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu ilə klub rəhbərliyi arasında yeni müqavilənin imzalanması istiqamətində aparılan danışıqlar tamamilə dayandırılıb.

İddialara əsasən, artıq komandadan getməyi planlaşdıran təcrübəli forvard "sarı-qırmızılar"ın keçirdiyi son məşq prosesinə də qatılmayıb.

Qeyd edək ki, argentinalı oyunçu cari mövsümdə "Qalatasaray" forması ilə çıxdığı 39 rəsmi qarşılaşmada rəqib qapılarından 15 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
6
3
bakivaxti.az

4Mənbələr