AZ

Hakerlər FTB direktorunun şəxsi e poçtunu qırdı

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranla əlaqəli "Handala Hack Team" adlı haker qrupu ABŞ-nin əsas daxili kəşfiyyat və hüquq-mühafizə orqanı olan Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patelin şəxsi e-poçt hesabı və fotoşəkillərinə daxil olduqlarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, qrup, Patelə aid fotoşəkil və sənədləri internetdə paylaşıb.

Yayımlanan materiallar arasında Patelin 2010-2019-cu illər arasındakı səfərləri və iş yazışmaları, təxminən 300 e-poçt və fotoşəkil də yer alır.

Həmçinin, şəkillər arasında Patelin antik idman avtomobilinin yanında poz verdiyi və əlində spirtli içki şüşəsi ilə güzgü qarşısında dayandığı şəkillər var.

ABŞ Ədliyyə Nazirliyinin İran kiberkəşfiyyatı ilə əlaqəli olduğunu iddia etdiyi haker qrupu, kiberhücumun müharibənin ilk günündə əsasən uşaqlardan ibarət 175 nəfərin ölümünə səbəb olan İranın cənubundakı Minab şəhərindəki qız məktəbinə edilən hücuma qarşı qisas olduğunu bildirib.

Qeyd edək ki, Federal Təhqiqat Bürosu (FTB) haker qrupunun Patelin elektron poçtlarına və şəkillərinə daxil olduğunu təsdiqləyib.

Bildirilib ki, "bu fəaliyyətlə əlaqəli potensial riskləri azaltmaq üçün bütün lazımi addımlar atılıb".

Həmçinin, məlumatların köhnəldiyi və heç bir həssas hökumət məlumatını ehtiva etmədiyini vurğulanıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatlarına görə, qrup bu ay İsrail hökuməti və İsrail ordusunda çalışan 190 nəfərin adlarını və şəxsi məlumatlarını da dərc edib.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr