AZ

Aramsız yağan yağıntının yollarda yaratdığı çətinliklər aradan qaldırılır.

Bakı. Trend:

Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında,xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinlikləryaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadlarınaradan qaldırılması məqsədilə DYP əməkdaşları aidiyyəti qurumlarlabirgə çalışır.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumatverilib.

Nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldankənarlaşdırılır, piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitəköməklik göstərilir.

Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın intensivhərəkətinin təmin olunması üçün YPX Alayının əməkdaşları tərəfindənfasiləsiz xidmət aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi mövcud havanın yol hərəkətiiştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir dahaonları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yollarınsürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritikhava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyəçağırır", - idarədən bildirilib.

Məqalədə:
Seçilən
23
21
az.trend.az

5Mənbələr