AZ

Bakıda iki icra başçısı subasma hadisəsi baş verən əraziyə gəliblər



Xəzər və Binəqədi rayon icra başçıları subasma hadisəsi baş verən əraziyə gəliblər.

Aia.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.

Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi baş verən əraziyə gəlib, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Binəqədi rayonu ərazisində qəza baş vermiş əraziyə gəlib.

İcra başçıları rayonun təsərrüfat qurumlarına yağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar veriblər.

Şəhər ərazisində digər belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Yağan yağışın fəsadlarının aidiyyəti qurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davam etdirilir.



Seçilən
13
27
aia.az

10Mənbələr