AZ

ADSEA-da Operativ Qərargah gücələndirilmiş iş rejimində çalışır - VİDEO + FOTOLAR

ADSEA-da Operativ Qərargah gücələndirilmiş iş rejimində çalışır - VİDEO + FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

İri şəhərlərin xidməti ərazisində yağış sularının idarə olunmasına Operativ qərargah tərəfindən nəzarət edilir.

955 Çağırı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, ictimaiyyətlə əlaqə telefonlarına daxil olan məlumatlar, o cümlədən həssas ərazilərdəki vəziyyətə dair informasiya Operativ Qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) üzərindən idarə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometrologiya Xidmətinin məlumatına görə hazırda Bakı və Abşeron yarımadasına yağan intensiv xarakterli yağıntının miqdarı 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 faizini ( təxminən (dörd dəfədən çox) təşkil edir.

Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb olunub. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri intensiv şəkildə davam etdirilir.

[media=youtube.com/watch?v=fjAtwQZ7oRM&feature=youtu.be]

Seçilən
4
28
afn.az

10Mənbələr