AZ

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

Meyxanaçı Vüqar Əbdülov aktyorluq fakültəsini oxusa da, meyxanaçı olmasından danışıb. 

"Künc-bucaq" yutub layihəsində yer alan ifaçı bu sənətə məcbur gəldiyini deyib.

O bildirib ki, avtomobil qəzasından sonra üzündə yaranan çapığa görə o sənətə getməyib:

"O vaxtlar meyxana ağlımdan keçmirdi, aktyor olmaq istəyi ilə universitetə daxil oldum. Qrup yoldaşlarım arasında əməkdar, xalq artisti oldu. Bizim bir həyətdə böyümüş kimi mehribanlığımız qalmışdı. Heyfslənirlər ki, kaş onların sırasında olardım. Avtomobil qəzasına düşdüm, üzüm deformasiya oldu. Məcbur meyxanaya üstünlük verdim. Düşündüm ki, aktyorluq üçün üzüm uyğun deyil". (Axşam.az)

Seçilən
12
4
musavat.com

5Mənbələr