Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, mart ayının 27-si səhərsaatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayonİcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyətitəsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bəzi ərazilərdəgün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsindəkollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemləryaranıb.
Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısıElşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi baş verənəraziyə gəlib, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısıElxan Allahverdiyev Binəqədi rayonu ərazisində qəza baş vermişəraziyə gəlib. İcra başçıları rayonun təsərrüfat qurumlarınayağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlar veriblər.
Şəhər ərazisində digər belə ərazilər monitorinq qruplarıtərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinə təqdim edilir. Yağan yağışın fəsadlarının aidiyyətiqurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davametdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti