AFFA-nın bayrağı altında təşkil edilən bəzi liqalarda oyunlar qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.


Xəbərdə bildirilir ki, AFFA-nın bayrağı altında təşkil edilən U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.