AZ

Qonaq sevməyən 4 bürc

Astrologiya dünyasında bürclərin xarakterik xüsusiyyətləri ilə yanaşı, sosial vərdişləri də hər zaman maraq doğurur. Müşahidələrə görə, bəzi bürclər evlərinə qonaq qəbul etmək məsələsində kifayət qədər məsafəli davranırlar.

Astroloqlar dörd bürcün ev mühitini daha çox şəxsi zona kimi gördüyünü və tez-tez qonaq ağırlamaqdan xoşlanmadığını bildirirlər.

Bakıvaxtı.az həmin bürclərin siyahısını təqdim edir:

Qız bürcü

Detallara qarşı həssaslığı və titizliyi ilə tanınan Qız bürcləri ev düzəninin pozulmasından qətiyyən xoşlanmırlar. Bu səbəbdən planlaşdırılmamış qonaqlıqlar onlar üçün ciddi stress mənbəyinə çevrilə bilər.

Əqrəb bürcü

Gizliliyə böyük önəm verən Əqrəblər şəxsi məkanlarını bölüşmək məsələsində çox seçicidirlər. Onlar hər kəsin evlərinə gəlməsini istəməz və yalnız ən yaxınlarını qəbul edərlər.

Oğlaq bürcü

İntizamlı və proqramlı həyat tərzi sürən Oğlaq bürcləri üçün qəfil ziyarətlər böyük narahatlıq yaradır. Onlar üçün plan xaricində olan qonaqlar zaman itkisi kimi qəbul edilə bilər.

Dolça bürcü

Azadlığına düşkün olan Dolçalar öz məkanlarında tam sərbəst olmaq istəyirlər. Ünsiyyətcil olsalar da, sosiallaşmaq üçün evdən kənar yerlərə üstünlük verirlər.

Astrologiyaya görə, bu bürclər qonaqpərvərlikdən tamamilə qaçmasalar da, daha çox nəzarətli və məhdud sosial mühitləri seçirlər. (Demokrat.az)
 

Seçilən
7
3
bakivaxti.az

4Mənbələr