AZ

“Tarixi qələbə”yə məst olaq?

yerləşdirilmişdi. Bəlkə də “tarixi qələbə” ifadəsində qəbahətli heç nə yoxdur. Azərbaycan millisi ilk dəfə idi ki, 5 top fərqlə qalib gəlirdi. Amma ortastatistik azərbaycanlıya yəqin ki, bu cür tarix lazım deyil. Ortastatistik azərbaycanlı milli komandasını Gürcüstan kimi Avropa çempionatında və ya Özbəkistan kimi dünya çempionatında görməyi arzulayır. Şəxsən mən İngiltərə, Fransa, lap elə İslandiya üzərində minimal hesablı qələbəni bundan daha tutarlı, daha sanballı qələbə kimi qiymətləndirərdim.

Sent Lüsiyanın futbolçularına baxanda, onların peşəkar olması adamda böyük şübhə yaradırdı. Bizim hətta Region Liqasının liderləri bu milli ilə başa-baş oynaya bilərdilər. Kim seçib bu komandanı? Azərbaycan artıq 2-ci dəfədir ki, “FİFA Series”in “zibilinə” düşür. 2024-cü ildə FİFA Monqolustanı Bakıya göndərdi və bir müddət azarkeşlərin lağlağısı bu mövzuda oldu. İki ildən sonra Sent Lüsiyanı bizə urcah edirlər. Əslində Azərbaycanın ardıcıl ikinci dəfə “FİFA Series”i qəbul etməsi təsadüfi deyil. Bu FİFA-da işləyən AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun birbaşa təşəbbüsü ilə reallaşır.

Ayxan Abbasova nə lazımdır? Asan rəqib olsun, rahat 6 qolumuzu vuraq. Bundan gözəl fürsət?! Amma o unudur ki, hətta Litva və Lixtenşteynlə oyunlara hazırlıq baxımından da Sent Lüsiya ilə görüş heç nə verməyəcək. Dediyinə görə, futbolçuların özünə inamı artacaq. 4 təyyarə reysi ilə Bakıya gəlib çıxan Sent Lüsiya ilə matçda özünə inam qazanılacaqsa, daha heç nə.

Oyunun özü haqqında danışmağa bir cümlə belə dəyməz. Sadəcə start heyətinə baxanda görünürdü ki, Ayxan Abbasov nəyin bahasına olursa-olsun, qələbə qazanmaq istəyir. Əgər gələcəyi düşünən olsaydı, Abdulla Rzayev Xəyal Əliyev kimi gənclərə ilk dəqiqələrdən şans verərdi.

AFFA demişkən, “tarixi qələbə”nin şahidi olduq. Amma bilmirsən, buna sevinəsən, ya yox? İstənilən halda tarixdə nəticə qalır və A.Abbasov da millimizin ən böyük hesablı qələbəsinin müəllifi oldu. Lakin onun əsas işi payızda Millətlər Liqasında olacaq. Əgər orda istənilən nəticə reallaşmasa, artıq “tarixi qələbə”yə gözünün ucu ilə də baxan olmayacaq.

Seçilən
55
msport.az

1Mənbələr