ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“İran Azadlıq Konqresinin təşkilatçılığı ilə Londonda toplantı keçiriləcək. İki gün davam edəcək toplantıda iranlı siyasi aktorlar bir araya gələcək”.
"Cebheinfo.az" xəbər verir ki, bunu İsveçdə yaşayan Ərdəbildən olan jurnalist, Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili deyib.

O, Konqresin məqsədinin nə olduğuna da aydınlıq gətirib:
“Məqsəd İslam Respublikasından sonrakı keçid prosesində təşəbbüsü ələ almaq, eləcə də ölkənin gələcəyinin qapalı danışıqlar və ya xarici müdaxilələr yerinə, hesabatlı mülki iştirak vasitəsilə formalaşmasını təmin etməkdir.
1979-cu ildə yaşanan uğursuzluqların təkrarlanmasının qarşısını almaq üçün mülki və siyasi təminatlar hazırlayaraq plüralizmi tanımaq və institusionallaşdırmaq qarşıya qoyulan əsas prioritetlərdən biridir”.
O bidirib ki, bu Konqres siyasi bir qurum və ya idarəetmə orqanı deyil:
“Konqres real vasitəçilik edərək, məsuliyyətli və konstruktiv iştirakı təşviq etməklə böhran dövrlərində siyasi prosesləri dəstəkləməyi hədəfləyən bir mülki təşəbbüsdür.
Bu, yekun qərarların qəbul edildiyi və ya siyasi mühakimələrin aparıldığı bir forum deyil, praqmatik fikir mübadiləsi, ideyaların bir araya gətirilməsi və kollektiv qərar qəbul etmə prosesinin təkmilləşdirilməsi üçün bir platforma rolunu oynayır.
Eyni zamanda lider seçimi, liderliyin təqdimatı və ya koalisiya qurmaq üçün də bir məkan deyil. Məqsəd vasitəçilik mexanizmlərini araşdırmaq və modelləşdirməkdir”.
Əlirza Ərdəbili toplantıda müzakirəyə çıxarılacaq əsas sualların da nədən ibarət olacağına aydınlıq gətirib:
“Üfüqdə təhlükəli bir keçid dövrü varkən, dərin yorğunluq, dağıntı və emosional qütbləşmə yaşayan bir cəmiyyətdə mənalı etibar və əməkdaşlıq necə yenidən bərpa edilə bilər? Bu tarixi dönüm nöqtəsində mövcud sistemin müxalifləri arasında körpülər qurmaq üçün konkret fürsətlər haradadır?
Hazırda İran Azadlıq Konqresi məsuliyyət, reallıq və kollektiv iradəyə əsaslanan, İranın keçid prosesini idarə etməyə yönəlmiş nizam-intizamlı, əhatəli və praqmatik bir yanaşmaya töhfə verməyi hədəfləyir”.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.