AZ

Azərbaycan Türkiyədən fevralda kimyəvi məhsulların idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 80,578 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

News365.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.

Təkcə fevralda Türkiyə Azərbaycana 43,749 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur.

İki ayda Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,2 % azalaraq 4,622 milyard ABŞ dollarına, fevralda isə 6,6 % azalaraq 2 milyard 322 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Niderland 283,711 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,1 % çox), Almaniya 227,505 milyon ABŞ dolları (+16,7 %) və İtaliya 220,699 milyon ABŞ dolları (-28,4 %) dəyərində həyata keçirib.

Seçilən
13
3
news365.az

4Mənbələr