Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Cənubi Koreya Ukraynaya silah tədarük edərsə, Moskva buna cavab tədbirləri görəcək.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu cür addım Rusiya ilə Seul arasında münasibətlərə ciddi zərbə vura bilər.
Rudenko həmçinin qeyd edib ki, Rusiya Cənubi Koreyanın NATO ilə hərbi yaxınlaşmasını diqqətdə saxlayır və Seulun Ukraynaya dəstək verən ölkələrə yardımını bu kontekstdə qiymətləndirir.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.