AZ

ABŞ və Aİ rəsmiləri arasında Rusiyaya görə gərgin mübahisə

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rubio və Kallas bir-birini sərt ittiham edib.

“Cebheinfo.az” “Axios”-a istinadən xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirlərinin martın 27-də baş tutan görüşündə ABŞ dövlət katibi Marko Rubio və Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas arasında kəskin mübahisə baş verib. 

Məlumatda qeyd olunur ki, Kallas Vaşinqtonu Moskvaya qarşı təzyiqi artırmadığına görə tənqid edib. “Bir il keçdi, Rusiya yerindən tərpənmədi. Səbriniz nə vaxt bitəcək?”, – deyə Kallas bildirib.

Qeyd olunur ki, Rubio Aİ diplomatiyasının rəhbərinin sözlərindən aydın şəkildə qəzəblənib. “Biz müharibəyə son qoymaq üçün əlimizdən gələni edirik. Əgər hesab edirsiniz ki, bunu daha yaxşı bacarırsınız, buyurun. Biz isə kənara çəkilərik”, – deyə dövlət katibi səsini ucaldaraq cavab verib.

Rubio bildirib ki, ABŞ hər iki tərəflə danışıqlar aparmağa çalışır, lakin yalnız bir tərəfə - Ukraynaya silah, kəşfiyyat məlumatı və digər dəstəyi verməklə kömək edir. Digər nazirlər mübahisəyə müdaxilə edərək ABŞ-nin danışıqlarda iştirakının davam etməsini istədiklərini bildiriblər.

Görüşün sonunda Rubio və Kallas münaqişəni yoluna qoymaq üçün qısa söhbət ediblər.ABŞ dövlət katibi bu müzakirəni “açıq fikir mübadiləsi” adlandırıb.Rubionun özü isə hər hansı fikir ayrılığını inkar edib:

“Bu görüşlər çox vaxt Amerikanın roluna görə minnətdarlıq ifadə etmək üçün keçirilir. Orada heç kim qışqırmır və mənfi nəsə demir”.

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr