Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Körfəz ölkələri İranın hücumlarını dəf edib.
“Cebheinfo.az” “İran İnternational”ə istinadən xəbər verir ki, son günlərdə Körfəz ölkələri – Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı İran tərəfindən həyata keçirilən dron və raket hücumlarının qarşısını alır.
Bəhreyn Daxili İşlər Nazirliyi xilasedicilərin hədəf alınan obyektlərdən birində baş verən yanğını söndürdüyünü bildirib. BƏƏ isə rəsmilər ələ keçirilmiş ballistik raketin qalıqlarının Xəlifə İqtisadi Zonası yaxınlığında iki yanğına səbəb olduğunu açıqlayıb.
Hadisə nəticəsində beş Hindistan vətəndaşının yüngül xəsarət aldığı bildirilib.Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Ər-Riyad istiqamətində atılan ballistik raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.