AZ

Bakıda işıqforlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır.

Bu barədə Redaktor.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır:

"Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

Bununla yanaşı, yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücülər “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsini əsas götürərək yollarına davam etməlidirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
24
redaktor.az

10Mənbələr