AZ

Baldızını öldürüb, dostu ilə maşınla apardı Ağsudakı cinayətin təfərrüatı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Ağsu rayonunda baş verən cinayətin təfərrüatı bilinib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri 1977-ci il təvəllüdlü Əyyub Sahabov meyiti tapılan 43 yaşlı Zahirə Şükürovanın bacısının əridir.Bildirilir ki, hadisə münaqişə zəminində baş verib. Əvvəllər məhkum həyatı yaşamış Ə.Sahabov dostu Seymur Məmmədovla baldızı Zahirəni boğaraq qətlə yetirdikdən sonra qadının meyitini maşına qoyaraq Ağsu şəhərindən Kürdəmir istiqamətinə aparıb. Onlar Ağsunun mərkəzindən 6-7 kilometr uzaqlıqda meyiti otlaq sahəsinə ataraq uzaqlaşıblar.  Qadının meyiti hadisədən 1 gün sonra, yəni martın 23-də aşkar edilib.Polis və prokurorluq orqanlarının həyata keçirdiyi tədbirlərlə qətlin üstü qısa müddətdə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Ə.Sahabov və S.Məmmədov saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə iş açılıb.İstintaq davam etdirilir. (Qafqazinfo)Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
8
demokrat.az

9Mənbələr