AZ

Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Martın 28-i saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv xarakterli yağış davam edir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156 %-ni təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508 %-nə bərabərdir.

Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 mm yağıntı düşmüş və bu, aylıq normanın 352 %-ni təşkil etmişdir. 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 mm olub ki, bu da aylıq normanın 542 %-ni təşkil edir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
43
azpolitika.info

10Mənbələr