AZ

ABŞ ciddi itkilərlə üzləşib Bu hərbi texnikaları vurulub

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünyanın ən böyük hərbi güclərindən biri hesab edilən ABŞ Yaxın Şərqdə İranla qarşıdurmada ciddi hərbi-texniki itkilərlə üzləşib. 

ABŞ-nin "The Wall Street Journal" (WSJ) nəşrinin məlumatlara görə, cəmi üç həftə ərzində ABŞ ordusuna məxsus ən müasir təyyarələr, radar sistemləri və təchizat vasitələri ağır zərbələr alıb.

Məlumata əsasən, milyardlarla dollar dəyərində olan yüksək texnologiyalı radarlar və döyüş təyyarələrinin bir hissəsi məhv edilib, digərləri isə ciddi zədələnib. Yaranmış itkiləri kompensasiya etmək məqsədilə Pentaqon Ağ Evdən təcili olaraq 200 milyard dollarlıq əlavə büdcə tələb edib.

Qeyd olunur ki, ABŞ Hərbi Hava Qüvvələrinin bölgədəki təchizat zəncirinə ciddi ziyan vurub. Hücum nəticəsində bir ədəd "E-3 Sentry AWACS" erkən xəbərdarlıq təyyarəsi və beş ədəd "KC-135" stratotanker yanacaq doldurma təyyarəsi zədələnib.

Zədələnmiş təyyarələrin təmir prosesi davam etsə də, yanacaq təminatında yaranan fasilələr bölgədə hava əməliyyatlarının intensivliyinə birbaşa təsir göstərib.

Ekspertlərin hesablamalarına görə, müharibənin ilk üç həftəsində hərbi texnika itkilərinin dəyəri 1,4 milyard ilə 2,9 milyard dollar arasında dəyişir. Ən böyük zərər radar sistemlərinə dəyib. İran raketlərinin İordaniya ərazisində yerləşən, təxminən 300 milyon dollar dəyərində olan "AN/TPY-2" raketdən müdafiə radarını vurduğu bildirilir.

Bundan əlavə, Qətər ərazisində yerləşən Əl-Udeyd hava bazasındakı dəyəri 1 milyard dollara çatan erkən xəbərdarlıq radar sistemi də zərər görüb.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
azpolitika.info

1Mənbələr