AZ

Bakıda bir sıra küçələr yağış sularından təmizlənir VİDEO

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda bir sıra küçələr yağış sularından təmizlənir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, Arif Heydərov küçəsi ilə Mayakovskiy küçələrinin kəsişməsindəki ərazi yağış sularından təmizlənir.

Həmçinin, Dərnəgül şosesi, "Eurohome"un qarşısında da eyni proses həyata keçirilir.

Küçələrin yağış sularından təmizlənməsinin görüntülərini təqdim edirik:

12:11

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Oxu.Az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

İri şəhərlərin xidməti ərazisində yağış sularının idarə olunmasına operativ qərargah tərəfindən nəzarət edilir:

"955" Çağrı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, ictimaiyyətlə əlaqə telefonlarına daxil olan məlumatlar, o cümlədən həssas ərazilərdəki vəziyyətə dair informasiya operativ qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) üzərindən idarə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda Bakı və Abşeron yarımadasına yağan intensiv xarakterli yağıntının miqdarı 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 faizini ( təxminən (dörd dəfədən çox) təşkil edir.

Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texnikalar da cəlb olunub. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri intensiv şəkildə davam etdirilir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
14
oxu.az

10Mənbələr