AZ

“Atəşkəs danışıqları Türkiyədə keçirilə bilər” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən danışıqlar prosesi və mövcud diplomatik çətinliklərlə bağlı mühüm açıqlamalar verib. O bildirib ki, Ukrayna tərəfi hər gün ABŞ nümayəndələri və danışıqlar qrupları ilə əlaqə saxlayır.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində jurnalistlərin suallarını cavablandıran Zelenski vurğulayıb ki, Ukrayna bu prosesdə müharibənin tərəfi kimi deyil, daha çox vasitəçi mövqeyində çıxış edir. Onun sözlərinə görə, Kiyev müxtəlif formatlarda görüşlərin keçirilməsinə açıqdır.

Prezident qeyd edib ki, danışıqların təşkili ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. ABŞ tərəfi görüşlərin yalnız öz ərazisində keçirilməsini istəyir, Rusiya isə ABŞ istisna olmaqla istənilən yerdə görüşə razıdır. Zelenski əlavə edib ki, İranla bağlı münaqişə səbəbindən amerikalı nümayəndə heyəti təhlükəsizlik baxımından ölkədən kənara çıxmır.

Zelenski mümkün görüş məkanları arasında Türkiyəni xüsusi qeyd edərək bildirib: “Görüşlərin Avropada, Türkiyədə, İsveçrədə və ya istənilən başqa yerdə keçirilməsi üçün çalışırıq. Biz buna hazırıq”.

Bu arada, Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl açıqlamasında Rusiya–Ukrayna sülh danışıqları üçün Türkiyədən daha uyğun məkan olmadığını vurğulayıb. Nazir qeyd edib ki, ötən yay Istanbul şəhərində keçirilən görüşlər tərəflər tərəfindən müsbət qiymətləndirilib.

Seçilən
19
1
7times.az

2Mənbələr