AZ

U-19 millimiz Şimali İrlandiyaya qarşı

Azərbaycanın U-19 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, İlham Yadullayevin baş məşqçilik etdiyi komanda Şimali İrlandiya ilə qarşılaşacaq.

B Liqasının 6-cı qrupunun matçı Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Litvaya uduzub - 0:4.

Seçilən
54
unikal.az

1Mənbələr