AZ

“Kahı” adı ilə ölkəyə külli miqdarda marixuana keçirmək istədilər - VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik maddə müəyyən olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsinə Biləsuvar gömrük postunda kinoloji xidmət itinin köməyi ilə ətraflı gömrük yoxlaması tətbiq edilib. Yoxlama gedişində nəqliyyat vasitəsindəki "kahı" yükünün arasında qablaşdırılaraq gömrük nəzarətindən gizli şəkildə keçirilmək istənilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar olunub.

Faktla əlaqədar araşdırma davam etdirilir.


Telegram kanalımız
Seçilən
4
23
yenisabah.az

10Mənbələr