AZ

Omanda ticarət limanına PUA zərbəsi endirilib

Omanda Salala ticarət limanı pilotsuz uçuş aparatların hücumuna məruz qalıb.

"Cebheinfo.az"-ın məlumatına əsasən, sözügedən hadisə ilə bağlı Oman İnformasiya Agentliyi xəbər dərc edib.

Təhlükəsizlik mənbəyinə istinadən bildirilir ki, Salala limanı 2 PUA ilə hədəfə alınıb.

Hadisə nəticəsində limanda çalışan xarici işçilərdən biri “orta dərəcədə” xəsarət alıb və liman qurğularındakı kranlardan birində məhdud zərər meydana gəlib.

Qeyd olunur ki, Oman bu “vəhşi” hücumları pisləyib və ölkənin təhlükəsizliyini, sakinlərinin qorunmasını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəyini bildirib.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr