AZ

Sel suları Ağsuda avtomobil yolunu yarasız hala salıb

Bakı. TurkicWorld:

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, eləcə də digər bölgələrdə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət göstərirlər.

Daxili İşlər Nazirliyindən TurkicWorld-a bildirilib ki, küçə və prospektlər boyu xidmətə cəlb olunmuş polis naryadları vətəndaşların təhlükəsizliyini təmin edir, hərəkətlərini asanlaşdırır və ehtiyacı olanlara köməklik göstərir.

Qeyd olunur ki, yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür.

Bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək vətəndaşlara zəruri köməklik göstərilməsi təmin olunub.

Seçilən
7
turkic.world

1Mənbələr