2-ci liqada çempionluq uğrunda gərgin mübarizə davam edir. “Xankəndi” 3 xal irəlidə olsa da, “Qaradağ Lökbatan” inamlı qələbələrlə sona qədər təslim olmayacağını göstərir.
Açığı, hazırda 2-ci liqada bu komandaları “saxlayacaq” gücə malik olan birisi görünmür. Lökbatanlılar mövsüm ərzində iki dəfə məğlub olub: 1-ci turda “Quba”ya, 2-ci dövrədə “Xankəndi”yə. Qarabağ təmsilçisinin yeganə məğlubiyyəti isə elə bakılılardandı.
Qeyd edək ki, hər iki komanda 19 oyun keçirib. “Xankəndi” 54 xalla liderdisə, 3 xal az toplayan “Qaradağ Lökbatan” ikincidi. Komandalar daha üç oyun keçirəndən sonra 5 turdan ibarət “altılıq” sistemində yarışacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta