AZ

DYP sürücülərə müraciət etdi

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitiilə bağlı sürücülərə müraciəti edib.

Bu barədə Trend-ə BDYPİ-dən məlumat verilib.

Məlumata görə, hazırda respublika ərazisində yağışlı hava hökmsürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühityaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədəartırır.

Bildirilib ki, yağışlı, çiskinli havalarda yol örtüyününsürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritikhava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsizəməl etməyi tələb edir.

"Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayışyerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyininartmasını da nəzərə alaraq bir daha sürücülərdən hava şəraitinidüzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşıqabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, araməsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdəsaxlamağı xahiş edirik”, - deyə məlumatda qeyd edilib.

Seçilən
34
2
az.trend.az

7Mənbələr