AZ

Uçqun olub, Quba-Xınalıq yolu bağlanıb

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib..

APA-nın yerli bürosunun məlumatına görə, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

Poliqon.info

Seçilən
0
27
poliqon.info

10Mənbələr