AZ

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam”

ain.az bildirir, Axsham.az portalına istinadən.

Xalq artisti Röya Ayxan ötən gün Heydər Əliyev Mərkəzində konsert verib. 

Axşam.az xəbər verir ki, müğənnini izləməyə gələnlər arasında keçmiş eltiləri də yer alıb. 

Röya onlarla söhbət edərkən “Qayınanam mənim konsertlərimi buraxmazdı. Allah şəfa versin. Onun kimi dəbli qayınana olmaq istəyirəm. Bu gün kefim olmasa yalandan deyim ki, haramsa ağrıyır. Yenə elə edib, hə? Siz eltilər deyə bilmirsiniz, çünki o evdə yaşayırsınız. Mənə nə var, çoxdan canımı qurtarmışam. Biz eks-eltilər sayılırıq. Biz də 3 oğlan, 8 eltiyik” sözlərini deyib.

Qeyd edək ki, Röya bir vaxtlar məşhur olan “Çudo peçka” mağazalar şəbəkəsinin sahibinin oğlu Anar Cəlilovla ailəli olub. Onun bu nikahdan bir oğul övladı var. 

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
13
axsam.az

10Mənbələr