AZ

Dünya bu gün 1 saat işıqsız qalacaq

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün bütün dünyada “Yer saatı” (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir.

Axşam.az xəbər verir ki, qlobal aksiya axşam saat 20:30-da başlayacaq və 21:30-a kimi davam edəcək. Aksiyada milyonlarla insan eyni anda işıqları söndürərək iqlim böhranına diqqət çəkəcək. Aksiya hər il martın son şənbə günü keçirilir. 

2007-ci ildən bəri keçirilən bu qlobal hərəkat artıq sadəcə simvolik bir jest deyil - bu, planetin gələcəyi üçün verilən səssiz, amma güclü bir mesajdır. Bu il artıq 20-ci dəfə baş tutacaq aksiyada şəhərlər qaranlığa bürünəcək, məşhur binaların işıqları sönəcək, insanlar isə bir saatlıq enerji istehlakını dayandıraraq Yerə dəstək göstərəcək.

Qeyd edək ki, ilk dəfə "Yer saatı" 2007-ci ildə Avstraliyada keçirilib. Hazırda bu aksiyada 188 ölkədə 200 milyarddan çox insan iştirak edir. Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart 2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində “Qız Qalası”nın işıqları söndürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
9
axsam.az

10Mənbələr