Bu gün bütün dünyada “Yer saatı” (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir.
Redaktor.az xəbər verir ki, qlobal aksiya axşam saat 20:30-da başlayacaq və 21:30-a kimi davam edəcək. Aksiyada milyonlarla insan eyni anda işıqları söndürərək iqlim böhranına diqqət çəkəcək. Aksiya hər il martın son şənbə günü keçirilir.
2007-ci ildən bəri keçirilən bu qlobal hərəkat artıq sadəcə simvolik bir jest deyil - bu, planetin gələcəyi üçün verilən səssiz, amma güclü bir mesajdır. Bu il artıq 20-ci dəfə baş tutacaq aksiyada şəhərlər qaranlığa bürünəcək, məşhur binaların işıqları sönəcək, insanlar isə bir saatlıq enerji istehlakını dayandıraraq Yerə dəstək göstərəcək.
Qeyd edək ki, ilk dəfə "Yer saatı" 2007-ci ildə Avstraliyada keçirilib. Hazırda bu aksiyada 188 ölkədə 200 milyarddan çox insan iştirak edir. Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart 2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində “Qız Qalası”nın işıqları söndürülüb.